Fransa da daxil olmaqla bir sıra Avropa ölkəsinin liderləri Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq söhbətindən sonra ABŞ prezidenti Donald Trampla telefonla danışıblar.
FinFly-ın məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron Versalda "Fransanı seçin" investisiya konfransında çıxışı zamanı deyib.
“Sizi gözlətdiyim üçün üzr istəyirəm, lakin biz bir sıra avropalı həmkarlarımızla birlikdə prezident Putinlə danışıqlardan sonra prezident Trampla telefon danışığı apardıq”, - Makron bildirib.
O, Trampla söhbətin təfərrüatlarını açıqlamayıb.
Trampın özü isə bildirib ki, Putinlə danışdıqdan dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə, Fransa Prezidenti Emmanuel Makrona, İtaliyanın Baş naziri Corciya Meloniyə, Almaniya Kansleri Fridriks Mersə və Finlandiya Prezidenti Aleksandr Stubba məlumat verib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
