18 Snt, 2025 17:34
Avropa İttifaqının Rusiyaya qarşı yeni, 19-cu sanksiyalar paketi sentyabrın 19-da təsdiq üçün Aİ Şurasına təqdim edilə bilər.
FinFly bu barədə xarici KİV mənbələrinə istinadən xəbər verir.
"Mən bildiyimə görə, 19-cu paket Avropa Komissiyası tərəfindən sabah (19 sentyabr), cümə günü Aİ Şurasına təqdim olunacaq", - mənbə bildirib.
Digəri isə əlavə edib ki, sanksiyalar paketinin ictimaiyyətə təqdim edilib-edilməyəcəyi və ya Komissiyanın təklifinin ilk olaraq Aİ-yə üzv dövlətlər tərəfindən müzakirə edilib-edilməyəcəyi hələlik məlum deyil.
Sentyabrın 18-də Brüsseldə Avropa Komissiyasının nümayəndələri yeni sanksiyalar paketinin hazır olması üçün konkret tarixi açıqlamaqdan imtina ediblər, lakin onun tezliklə təqdim ediləcəyini təsdiqləyiblər.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
