Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
ARDNF-nin qlobal nəhənglərə yatırdığı sərmayələrin dəyişmə dinamikası - FinFly

2025-cü ilin ilk rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) listinqdə olan səhmlərinin dəyəri 13,4 milyard dollar təşkil edib.

FinFly xəbər verir ki, bu dövrdə Dövlət Neft Fondunun səhmlərinə ən çox yatırım etdiyi TOP-10 şirkətlərə yenə qlobal informasiya texnologiya şirkətləri başçılıq edib. ARDNF-nin ən çox yatırım etdiyi TOP-10 şirkətlərin səhm portfelində də dəyişiklik olub.

Fondun "Apple Inc"-yə yatırımları ötən ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk rübündə 89 mln. dollar azalaraq 556 mln. dollara enib. Başqa sözlə, ARDNF-nin səhm portfelində "Apple Inc"-in payı 5,5 faizdən 4,9 faizə enib.

2023-cü ilin ilk yarısından etibarən ABŞ-ın ən iri çip istehsalçısı "NVIDIA"-nın Fondun portfelində payı artmağa başlamışdı. Fondun qlobal şirkətdəki səhmlərinin dəyəri ötən il hətta 557 milyon dollara qədər yüksəlmişdi. "NVIDIA"-ya yatırımlar son 3 ayda isə 113 milyon dollar azalaraq 444 milyon dollara, portfeldə çəkisi isə 4,7 faizdən 3,9 faizə enib. Bununla belə, çip bazarının əsas oyunçusu siyahıda yerini qoruyub.

ARDNF-in "Microsoft"-a yatırımlarının dəyəri isə ötən ilin III rübündən azalmaqda davam edir. Belə ki, səhmlərin dəyəri 504 milyon dollardan 441 milyon dollara kimi azalıb, səhm portfelində payı isə 4,3 faizdən 3,9 faizə enib.

ARDNF-nin "Amazon"-a yatırımları isə ötən ilin sonunda 351 milyon dollara qədər artsa da, bu ilin ilk rübündə 300 milyon dollara enib. Həmçinin, Fondun səhm portfelində “Amazon”un payı 3 faizdən 2,6 faizə düşüb.

Ən çox yatırım edilən ilk beşliyə 2024-cü ilin ilk rübündən etibarən "Meta platforms" da daxil olub. ARDNF-nin Mark Zukerberqin şirkətinə yatırımları ötən ilin son rübü ilə müqayisədə 217 milyon dollardan 209 milyon dollara enib, portfeldə çəkisi isə dəyişməyərək 1,8 faiz təşkil edib.

Dövlət Neft Fondunun həmçinin, “Google”a aid iki şirkətə ayrılıqda investisiyalar 188 milyon dollardan 150 milyon dollara və 163 milyon dollardan 130 milyon dollara enib.

"Tesla"-ya yatırımlarda isə daha kəskin azalma olub. ARDNF-in "Tesla"-dakı hissələri 197 milyon dollardan 124 milyon dollara, səhm portfelində çəkisini isə 1,7 faizdən 1,1 faizə enib. Başqa sözlə, 3 ayda 73 milyon dollar azalma olub.

Ötən ilin sonunda "Berkshire Hathaway Inc" ən investiya edilən şirkətlərin TOP-10-luğuna düşə bilib. Fondun maliyyə nəhənginə investisiyaları 118 milyon dollara, portfeldə çəkisi isə 1 faizə bərabər olub.

Ümumilikdə, müşahidələr göstərir ki, səhm portfeli üzrə ən çox yatırım edilən TOP-10 şirkətə yatırımların azalması daha çox ilin əvvəlindən etibarən kapital bazarlarında baş verən enişlə bağlıdır.

APA