18 Apr, 2025 13:49
2025-ci ilin birinci rübünün sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 62,7 milyard ABŞ dolları təşkil edib.
FinFly bu barədə ARDNF-ə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin sonuna nisbətən 2,7 milyard ABŞ dolları və ya 4,5 faiz çoxdur.
Ötən ilin sonunda ARDNF-nun aktivlərinin həcmi 60 milyard ABŞ dolları idi.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
