Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Aqrar sahədə suya qənaət edən texnologiyalar təşviq olunmalıdır - Bəşirli - FinFly

Azərbaycanda kənd təsərrüfatında suya qənaət edən texnologiyalar təşviq olunmalıdır.

FinFly xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumu çərçivəsində təşkil olunmuş "Azərbaycanda Aqrobiznesin İnkişafına Baxış" adlı panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirlərinə toxunaraq artan temperatur səbəbindən suya tələbat artırır.

"2030-cu ilə qədər yalnız istiliklə bağlı su tələbatı 16 faiz artacaq. Su resurslarının azalması fonunda kənd təsərrüfatı siyasəti daha çox sudan qənaətli istifadə və quraqlığa davamlı bitkilərin əkini üzərində qurulmalıdır", - deyə, nazir müavini bildirib.