25 May, 2025 01:10
FinFly xəbər verir ki, bu il Apple iPhone 17 Plus modelindən imtina edərək şirkət tarixindəki ən nazik və inqilabi cihazı – iPhone 17 Air ilə əvəz edə bilər!
Yeni modelin ən çox müzakirə olunan xüsusiyyətlərindən biri onun ultranazik gövdəsi olub. Hətta bəzi məlumatlara görə, smartfon ümumiyyətlə şarj portundan məhrum ola bilərdi. Lakin tənzimləyici orqanların tələbləri nəzərə alınaraq, ən azı bu il portun saxlanılacağı gözlənilir.
Şarj məsələsinə gəldikdə… Zərif dizaynına baxmayaraq, iPhone 17 Air-in avtonom işləmə müddətinin hazırkı modellərdən geri qalmayacağı proqnozlaşdırılır. Bu isə yüksək sıxlıqlı batareya və enerji səmərəli A19 çipi sayəsində mümkün olub.
Son xəbərlər
-
20 Iyn, 2025
Sabah pensiyalar tam ödəniləcək...
-
20 Iyn, 2025
Azərbaycan nefti bahalaşıb...