03 Mar, 2025 14:15
Qazaxıstanın Air Astana aviaşirkəti Novruz bayramı ilə əlaqədar sərnişin daşımalarına artan tələbatın təmin edilməsi məqsədilə Almatı-Bakı istiqamətində əlavə reyslər yerinə yetirəcək.
FinFly xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirliyinin mülki aviasiya komitəsi məlumat yayıb.
Məlumatına əsasən, 16-30 mart 2025-ci il tarixlərində ümumilikdə 120 əlavə reys yerinə yetiriləcək. Reyslərdən biri Air Astana tərəfindən Almatı-Bakı marşrutu üzrə təşkil olunacaq.
Komitədən, həmçinin, onu da bildiriblər ki, daxili və beynəlxalq uçuşlar üzrə tarif artımı planlaşdırılmır və aviabilet qiymətləri əvvəlki səviyyədədir.
Son xəbərlər
-
05 Dek, 2025
ABŞ NATO-nun daimi genişlənməsi istəmir...
-
05 Dek, 2025
"ASAN xidmət" təcrübəsi Kambocada tətbiq olunacaq...
