11 Snt, 2025 10:29
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olan Sumqayıt-Yalama dəmir yolu hissəsinin yenidənqurma layihəsi çərçivəsində tikinti işləri 2025-ci ilin sonunadək başa çatdırılacaq.
FinFly Asiya İnkişaf Bankına (AİB) istinadən verdiyi xəbərə görə, birinci lot üzrə (Sumqayıt-Gilgilçay) tikinti işləri 2025-ci ilin 3-cü rübündə başa çatdırılacaq, ikinci lot üzrə (Gilgilçay-Yalama) isə 2025-ci ilin sonunadək nəzərdə tutulub.
"Layihənin başa çatdırılması daşımaların keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, Azərbaycanın beynəlxalq nəqliyyat axınlarında əsas halqa kimi mövqeyini möhkəmləndirəcək və ölkənin tranzit potensialının inkişafı üçün əlavə imkanlar yaradacaq", - bank qeyd edir.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
