09 Apr, 2025 09:09
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 3,4 faiz, 2026-cı ildə isə 3,3 faiz artacağını proqnozlaşdırır.
Bu barədə FinFly Banka istinadən xəbər verir.
Əvvəlki qiymətləndirmələrlə müqayisədə cari il üçün ÜDM artım tempi proqnozu 0,8 faiz bəndi yaxşılaşdırılıb.
Beləliklə, AİB 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 3,35 faiz səviyyəsində qiymətləndirir.
Eyni zamanda, Bank ümumilikdə Qafqaz və Mərkəzi Asiya ölkələrində zəif xarici tələb səbəbindən iqtisadi fəallığın yavaşlamasını gözləyir: 2024-cü ildə regionda artım 5,7 faiz təşkil edibsə, 2025-ci ildə 5,4 faizə, 2026-cı ildə isə 5 faizə düşəcəyi proqnozlaşdırılır.
Son xəbərlər
-
12 Dek, 2025
Dubayda sürücüsüz taksilər fəaliyyətə başlayıb...
-
12 Dek, 2025
Qızıl ucuzlaşıb...
-
08 Dek, 2025
Bakıda Gömrük-Biznes Forumu keçirilir...
-
05 Dek, 2025
ABŞ NATO-nun daimi genişlənməsi istəmir...
