EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionunda inkişaf etməkdə olan bazar bankları ABŞ-ın tarif siyasətlərinin sərtləşdirilməsi və bununla bağlı ticarət və maliyyə qeyri-müəyyənliyinin qarışıq, lakin ümumilikdə məhdud təsiri ilə üzləşirlər.
FinFly beynəlxalq reytinq agentliyi Fitch Ratings-in hesabatına istinadən xəbər verir ki, təsir səviyyəsi, ilk növbədə, ABŞ-da tarif siyasətinin sərtləşdirilməsindən region ölkələrinin iqtisadiyyatının nə qədər zərər görəcəyindən, o cümlədən bu ölkələrin banklarına, eləcə də qlobal bazarlardakı volatilliyin səviyyəsindən asılıdır.
Agentliyin analitikləri hesab edirlər ki, MDB+ regionunda tariflərin birbaşa təsiri minimaldır, çünki ABŞ-a ixracın həcmi məhduddur.
"Ermənistan və Gürcüstan neft idxalçılarıdır, Azərbaycan və Qazaxıstan kimi neft ixrac edən ölkələrin bankları isə ümumilikdə neft-qaz sektoruna az məruz qalır və əhəmiyyətli likvidlik buferlərinə malikdir".
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
