13 Snt, 2025 11:29
ABŞ administrasiyası digər G7 ölkələrinin nümayəndələrinə Rusiya neftini alan dövlətlərə tariflər tətbiq etməli olduqlarını bildirib.
FinFly bu barədə ABŞ Maliyyə Nazirliyi və ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsinin ofisinin dərc etdiyi birgə məlumatlarına istinadən xəbər verir.
Vurğulanıb ki, G7 dövlətlərinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) nümayəndələri ilə əvvəlki məsləhətləşmələrdə ABŞ maliyyə naziri Skott Bessent ABŞ prezidenti Donald Trampın çağırışını təkrarlayıb.
Nazir bildirib ki, əgər G7 ölkələri həqiqətən də Rusiya-Ukrayna müharibəsinə son qoymağa sadiqdirlərsə, Rusiyadan neft alan ölkələrə rüsum tətbiq etməkdə ABŞ-a qoşulmalıdırlar.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
