Azərbaycan Banklar Assosiasiyası ölkənin bank sektorunu birləşdirən qurum olaraq, 35 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
ABA-nın yaydığı məlumatda bildirilir ki, müraciətdə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin bank-maliyyə sektorunda dayanıqlı inkişafı təmin etdiyi vurğulanıb.
Müraciət mətnində ABA bəyan edib ki, üzvləri ilə birlikdə bundan sonra da maliyyə-bank sisteminin dayanıqlı və innovativ inkişafına töhfə verməyə, maliyyə əlçatanlığını artırmağa və ölkənin iqtisadi inkişafını effektiv şəkildə dəstəkləməyə sadiq qalacaq. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə müasir bank-maliyyə infrastrukturunun qurulmasında bank sektorunun bundan sonra da fəal iştirak edəcəyi bildirilir.
Müraciətdə bank icması adında Prezident İlham Əliyevə göstərdiyi davamlı dəstəyə görə dərin təşəkkür ifadə olunur.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
