
2025-ci ilin I rübündə "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti 77,5 dollar olub.
FinFly-ın hesablamalarına görə, 2025-ci ilin I rübü ərzində ən yüksək göstərici, 84,78 ABŞ dolları təşkil edib, ən minimal göstərici isə 71,4 ABŞ dolları səviyyəsində olub.
Cari il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 70 ABŞ dollarından hesablanıb. 2025-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin (38 milyard 356 milyon manat) 18 milyard 773 milyon manatı neft-qaz sektorunun hesabına formalaşır. Bu vəsaitin 14 milyard 481 milyon manatı Dövlət Neft Fondundan transfertin, 3 milyard 830 milyon manatı vergi orqanlarının xətti ilə neft-qaz sektorundan daxilolmaların, 462 milyon manatı isə SOCAR üzrə dividend ödənişinin payına düşür.