"Xalq Bank" 19–20 noyabr 2025-ci il tarixlərində “Etibarlı, Təhlükəsiz və Davamlı Bankçılıq” mövzusunda Bakı "Marriott Hotel Boulevard" hotelində keçirilmiş IX Beynəlxalq Bankçılıq Forumunda (IBF 2025) bank tərəfdaşı qismində iştirak etdi. Tədbir Mastercard ilə tərəfdaşlıq çərçivəsində, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə təşkil edilmişdir.
“Etibarlı, Təhlükəsiz və Davamlı Bankçılıq” mövzusunda keçirilən forumda yerli və beynəlxalq maliyyə qurumlarının nümayəndələri iştirak edərək maliyyə və bank sektorundakı innovativ həlləri, fintex, rəqəmsallaşma və ödəniş ekosistemindəki yenilikləri müzakirə ediblər.
"Xalq Bank", forumun təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən mükafata layiq görülüb.
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
