Azərbaycan Hava Yollarında (AZAL) Daxili audit departamentinə yeni rəhbər təyin edilib.
FinFly xəbər verir ki, yeni vəzifəyə Samir Məmmədov təyin edilib.
O, 2023-cü ilin dekabr ayından indiyə kimi “Unibank”da Daxili audit departamentinin rəhbəri kimi çalışıb.
Samir Məmmədov 2015-ci ildən etibarən bank səhəsində çalışır. “Unibank”da əmək fəaliyyətinə Daxili audit departamentinin auditoru olaraq başlamış, 2020-ci ildən 2023-cü ilə kimi IT audit şöbəsinin rəhbəri olub. 2019-cu ildən etibarən Beynəlxalq ISACA təşkilatına üzvdür və CISA (Certified Information Systems Auditor), CRISC və CISM beynəlxalq sertifikatlarının sahibidir.
O, Azərbaycan Texniki Universitetidə informasiya Sistemlərinin təhlükəsizliyi ixtisası üzrə bakalavr dərəcəsinə və Azərbaycan Dövlət İqtisad Universitetində Qiymətli kağızlar ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
