08 May, 2025 12:22
Turkish Airlines aviaşirkəti Asiyada vəziyyətlə əlaqədar 8-9 may tarixlərində Pakistana və əks istiqamətə uçuşlar həyata keçirməyəcək.
FinFly xəbər verir ki, bu barədə aviadaşıyıcının məlumatında bildirilib.
"Asiyada siyasi qeyri-sabitlik səbəbindən 8-9 may tarixlərində İslamabad və Lahora uçuşlarımız ləğv edilib", - məlumatda qeyd olunub.
Beləliklə, İstanbul, İslamabad və Lahor arasında hər iki istiqamətdə altı uçuş həyata keçirilməyəcək.
Şirkətin məlumatına görə, mayın 7-nə qədər bu istiqamətlərə alınmış biletləri əlavə ödəniş etmədən geri qaytarmaq və ya başqa tarixlərə dəyişmək mümkün olacaq.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
