14 Iyl, 2025 09:13
Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.
Bu barədə FinFly FHN-dən məlumat əldə edib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun rəisi, daxili xidmət kapitanı Əlibala Əlizadə deyib ki, hadisə yerində heç bir xəsarət faktı qeydə alınmayıb. Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılacaq və ictimaiyyətə bununla bağlı əlavə məlumat veriləcək.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
