“Şimal–Cənub” dəhlizinin inkişafı üçün İran İslam Respublikası ilə sıx əməkdaşlıq həyata keçirilir.
“APA-Ecomomics” xəbər verir ki, bunu MDB-ə üzv dövlətlərinin dəmir yolu nəqliyyatı şurasının 83-cü iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Nəbiyev qeyd edib ki, bu ilin əvvəlində “Azərbaycan Dəmir Yolları” QSC ilə İran dəmir yolları arasında Astara terminalının tikintisi və istismarı haqqında müqavilənin icrasına dair strateji əməkdaşlıq planı imzalanıb. Sənəd “Şimal–Cənub” dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
"İran ərazisində yerləşən Astara terminalının tikintisi üzrə işlər xeyli irəliləyiş göstərib və bu obyekt Azərbaycan tərəfinə 25 il müddətinə uzunmüddətli istifadəyə verilib. Terminalın tikintisinin başa çatdırılmasını 2026-cı ilin sonuna planlaşdırırıq", - deyə nazir əlavə edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
