01 Dek, 2025 15:01
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehrana səfər edəcək.
FinFly "Mehr"ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Türkiyə Prezidentinin Tehrana səfərinin tarixinin müəyyənləşdirilməsi üzərində iş gedir:
"Səfər prinsip etibarilə razılaşdırılıb. Həmkarlarım səfərin dəqiq tarixini müzakirə edirlər".
Xatırladaq ki, Türkiyə xarici işlər naziri Hakan Fidan bir gün əvvəl Tehrana səfər edib. O, iranlı həmkarı Abbas Əraqçi, ölkənin parlament sədri Məhəmməd Baqir Qalibaf və Prezidenti Məsud Pezeşkian ilə danışıqlar aparıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
