AZCON Holding şirkətlərindən olan ASCO-nun "Qaradağ" quru yük gəmisi əsaslı təmir edilib.
FinFly ASCO-ya istinadən xəbər verir ki, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan proses çərçivəsində baş və köməkçi mühərrikləri, mexanizmlər, maşın şöbəsindəki nasoslar, hava kompressorlar, soyuducular, seperatorlar, radionaviqasiya cihazları təmir olunub.
Bundan başqa, baş göyərtədə və maşın şöbəsində borular yenisi ilə əvəz olunub, gəmi üzrə gövdə qaynaq, avtomatika və elektrik-quraşdırma işləri görülüb.
Gəminin sualtı və suüstü hissələri, baş göyərtəsi, üst qurum və maşın şöbəsi, eləcə də yük anbarları qapaqları ilə birlikdə təmizlənərək rənglənib.
"Qaradağ" quru yük gəmisinin heyətinə məxsus yaşayış və xidməti otaqları, sanitar-məişət yerləri də əsaslı təmir edilib.
İşlər başa çatdıqdan sonra "Qaradağ" dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi yenidən istismara qaytarılıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
