Hazırda Əmək Məcəlləsinə 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır.
FinFly xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilənin 120 illiyi ilə əlaqədar keçirilən konfransda deyib.
O bildirib ki, nazirlik tərəfindən əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədi ilə davamlı tədbirlər görülür:
"Hazırda Əmək Məcəlləsinə 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklərə, əsasən, məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə vəzifələri olan işçilərə və qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması ilə bağlı müddəaların təsbiti və s. məsələlər nəzərdə tutulur".
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
