Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişi imzalamaq üçün bu həftənin cümə günü Vaşinqtonda görüşməyə hazırlaşır.
FinFly xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vaşinqtondakı mənbələr bildiriblər.
Qeyd olunur ki, cümə günü ABŞ prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək.
İyulun 10-da Əbu-Dabidə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında birbaşa danışıqlar zamanı tərəflər sazişinin paraflanmasını nəzərdən keçiriblər. Azərbaycan sülh sazişinin imzalanması üçün əlavə şərtlər kimi Ermənistan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsini və onun Qarabağa iddialarının aradan qaldırılmasını, həmçinin ATƏT-in Minsk qrupunun buraxılmasını tələb edir.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
