26 Ynv, 2026 09:25
İngiltərə təmsilçisi "Liverpul" baş məşqçi postuna Xabi Alonsonu gətirmək istəyir.
FinFly "AS" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi mümkün baş məşqçi dəyişikliyi ilə bağlı ispaniyalı mütəxəssisin nümayəndələri ilə əlaqə saxlayıb və onun komandanı çalışdırmağa hazır olub-olmadığını öyrənib.
Alonsonun sözügedən təklifə müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, 44 yaşlı mütəxəssis bu ay "Real"dan (Madrid, İspaniya) ayrılıb. Onun rəhbərliyi altında "Kral klubu" 34 oyunda 24 qələbə qazanıb və 2025-ci il FIFA Klublararası Dünya Çempionatının finalına yüksəlib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
