29 May, 2025 17:00
Rusiyanın "İrAero" aviaşirkəti iyulun 2-dən Moskva – Qəbələ – Moskva marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.
FinFly aviadaşıyıcıya istinadən xəbər verir ki, uçuşlar həftədə bir dəfə - çərşənbə günləri "SSJ-100" tipli təyyarələrlə həyata keçiriləcək.
Moskvanın Domodedovo hava limanından uçuş yerli vaxtla saat 11:00-a, Qəbələyə gəliş isə saat 15:20-yə planlaşdırılıb. Qəbələdən əks istiqamətdə uçuş həmin gün saat 16:20-də həyata keçiriləcək və Moskvaya gəliş saat 18:40-da olacaq.
Uçuşlar sentyabrın 10-na qədər həyata keçiriləcək.
İyunun 19-dan etibarən Macarıstanın “Wizz Air” aviaşirkəti də Əbu-Dabidən Qəbələyə uçuşlar həyata keçirməyə başlayacaq.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
