Azərbaycanda əhalinin banklardakı əmanətləri yanvar ayında ən pik həddə çatıb.
FinFly Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, fevralın 1-nə əhalinin banklardakı əmanətləri (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil ) 14 milyard 698,7 milyon manat təşkil edib. Bu isə əvvəlki ayla müqayisədə 0,2 faiz və ya 36,8 milyon manat çoxdur. Ötən ilin sonuna bu rəqəm 14 milyard 661,9 milyon manat olub.
Fiziki şəxslərin əmanətlərinin 66 faizi (9,497 milyard manat) milli valyutada, 34 faizi (4,888 milyard manatdan çox) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60,8 faizi (8,747 milyard manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri yanvar ayında 1,7 faiz və ya 146 milyon manat artıb.
Əhalinin banklardakı əmanətlərinin həcmi 2021-ci ildən etibarən davamlı artım tendensiyası nümayiş etdirib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
