2025-ci ilin avqustun 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 15,456 milyard manat təşkil edib.
FinFly Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, əmanətlərin həcmi cari ilin iyulun 1-nə nisbətən 19,1 milyon manat və ya 0,1 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1,5 milyard manat və ya 10,7 faiz artıb.
Bu ilin avqustun 1-nə fiziki şəxslərin milli valyuta ilə banklarda əmanətlərinin həcmi 10,472 milyard manat, xarici valyuta ilə isə 4,984 milyard manat təşkil edib.
Milli valyuta ilə əmanətlərin həcmi bu ilin iyulun 1-i ilə müqayisədə 28,1 milyon manat və ya 0,3 faiz, illik müqayisədə isə 1,2 milyard manat və ya 13,2 faiz artıb.
Xarici valyuta ilə isə bu göstərici cari iyulun 1-nə olan rəqəmlərə nisbətən 9,1 milyon manat və ya 0,2 faiz azalıb, illik nisbətdə isə 273,4 milyon manat və ya 5,8 faiz artıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
