Amerikalı milyarder İlon Maskın süni intellekt əsaslı "Grok" çat-botu istifadəçilərlə yüz minlərlə yazışmanı internetə sızdırıb.
FinFly "Forbes"ə istinadən məlumatına görə, süni intellektlə edilən 370 mindən çox söhbətin sızması baş verib.
Nəşrin bildirdiyinə görə, "Grok" istifadəçisi çat-botla söhbət zamanı "Paylaş" düyməsini basdıqda şəxsi mesajda göndərilə bilən unikal bir link yaradılır. Məlum olub ki, bu linklər axtarış robotları tərəfindən indekslənə və xəbərdarlıq olmadan axtarış nəticələrində görünə bilər.
"Forbes" qeyd edir ki, insanlar süni intellektlə söhbətlərdə adlar da daxil olmaqla, şəxsi məlumatlarını, bəzi hallarda isə parollarını paylaşıblar. Onlar tibbi və psixoloji xarakterli suallar veriblər. Həmçinin qadağan olunmuş maddələrin hazırlanması, partlayıcı maddələrin və ya zərərli proqram təminatının yaradılması kimi qanunsuz kontent sorğuları da aşkar edilib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
