03 Iyl, 2025 09:58
2025-ci ilin iyun ayında Azərbaycanın axtarış sistemi bazarında 79,81 faiz paya sahib olan "Google" ölkədə ən populyar axtarış sistemi kimi qalmaqda davam edib.
FinFly “Global Stats” Statistika Mərkəzindən əldə etdiyi məlumata görə, cari ilin may ayı ilə müqayisədə "Google" axtarış sisteminin payı 0,82 faiz bəndi azalıb.
Hesabat dövründə "Yandeks" axtarış sisteminin payı 0,68 faiz bəndi artaraq 17,87 faiz təşkil edib.
"Bing" axtarış sisteminin payı 0,09 faiz bəndi azalaraq, "Yahoo"nun payı isə 0,05 faiz bəndi artaraq müvafiq olaraq 1,2 faizə və 0,5 faizə bərabər olub.
Hesabat dövründə Azərbaycanın axtarış sistemi bazarında 0,3 faiz digər axtarış sistemlərinin payına düşüb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
