Avropa Ukrayna üzrə sülh planına Rusiya üçün qəbuledilməz təkliflər irəli sürür.
FinFly xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
Rusiya lideri Moskvada ABŞ nümayəndələri ilə görüşdən əvvəl Avropanı sülh razılaşmalarını pozmağa cəhd göstərməkdə ittiham edib.
"Avropa özü Ukrayna nizamlanmasından kənara çəkildi. Onların sülh gündəliyi yoxdur və hazırda ABŞ-nin nizamlanma səylərinə mane olurlar. Avropa Ukrayna üzrə sülh planına Rusiya üçün qəbuledilməz təkliflər irəli sürür. Rusiya Avropa ölkələri ilə müharibə aparmaq niyyətində deyil, amma əgər Avropa müharibəyə başlasa, Rusiya buna hazırdır və onda Moskvanın danışıqlar aparacağı tərəf qalmayacaq", – deyə Putin bildirib.
Eyni zamanda o, Avropanın Ukrayna ilə bağlı danışıqlara qayıda biləcəyini istisna etməyib.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
