Pakistanın Baş naziri Məhəmməd Şehbaz Şərif və Prezidenti Asif Əli Zərdari Əfqanıstan Taliban qüvvələri ilə sərhəddə gərginliyin artması fonunda ölkənin suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarını müdafiə etmək əzmini təsdiqləyən sərt bəyanatlar veriblər.
FinFly Pakistan mətbuatına istinadən xəbər verir ki, ölkə rəhbərliyinin açıqlamaları Pakistan–Əfqanıstan sərhədində baş verən toqquşmalar fonunda səsləndirilib.
Prezident və Baş nazir bildiriblər ki, Pakistanın istənilən təcavüzə qarşı müdafiəsi məsələsində heç bir güzəştə gedilməyəcək.
Belə ki, Pakistan qüvvələri Əfqanıstan Talibanı tərəfindən təxribat xarakterli hücumlara cavab olaraq bir neçə əks-zərbə endirib.
Pakistanın müdafiə naziri Xavaca Asif isə bildirib ki, Pakistanla Əfqanıstanda Taliban hökuməti arasında artıq açıq müharibə gedir.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
