14 Iyl, 2025 09:05
Kriptovalyuta bazarında lider olan “Bitcoin”in qiyməti tarixi maksimumu yeniləyərək 120 min ABŞ dollarını ötüb.
FinFly xəbər verir ki, bu barədə məlumat “Binance” platformasının göstəricilərində öz əksini tapıb.
Bakı vaxtı ilə saat 07:41-də “Bitcoin”in qiyməti 121 014 dollar səviyyəsinə yüksəlib ki, bu da 2,82 faiz artım deməkdir.
Qeyd edək ki, “Bitcoin” blokçeyn texnologiyası əsasında fəaliyyət göstərən, mərkəzləşdirilməmiş kriptovalyuta sistemidir. Konsepsiya ilk dəfə 2008-ci ilin noyabrında “Satoşi Nakamoto” təxəllüsü ilə tanınan şəxs və ya qrup tərəfindən təqdim edilib. Son illər onun populyarlığı əhəmiyyətli dərəcədə artıb. “Bitcoin”in emissiyası məhduddur və hazırda onun böyük hissəsi “mədənçilik” yolu ilə əldə olunub.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
