Azərbaycan Banklar Assosiasiyası (ABA) fəaliyyətinin 35-ci ilini qeyd edir. Bank VTB (Azərbaycan) ASC-nin Sədri İqor Okayev Azərbaycan Banklar Assosiasiyasını yubileyi münasibəti ilə təbrik edib.
“Hörmətli, Azərbaycan Banklar Assosiasiyası,
VTB (Azərbaycan) kollektivi adından Sizi 35 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bu müddət ərzində ABA bank sektorunun inkişafında, maliyyə sisteminin təkmilləşdirilməsində və beynəlxalq əməkdaşlığın genişləndirilməsində mühüm rol oynamışdır. Müasir və şəffaf bank mühitinin formalaşmasına verdiyiniz töhfə yüksək qiymətləndirilir.
Assosiasiya ötən 35 il ərzində geniş beynəlxalq əlaqələr quraraq, yerli bankların qabaqcıl dünya təcrübəsinə çıxışını təmin etmiş, bu da sektorun inkişafına və rəqabət qabiliyyətinin artmasına şərait yaratmışdır.
Assosiasiya həmçinin bankların innovativ təşəbbüslərini daim dəstəkləyən, sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə yardım edən lider və yenilikçi bir təşkilat kimi tanınır. Qarşıdakı illərdə də rəhbərliyə və bütün əməkdaşlara davamlı uğurlar, yeni nailiyyətlər və dayanıqlı inkişaf arzulayırıq!”, - deyə, VTB (Azərbaycan)-ın ASC-nin Sədri İqor Okayev şərh edib.
Hörmətlə,
İqor Okayev
Bank VTB (Azərbaycan)-ın Sədri.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
