"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus gəmilər "Bakı Gəmiqayırma Zavodu" MMC-nin (BGZ) sifarişi əsasında zavodun akvatoriyası və giriş kanalında həyata keçirilən dibdərinləşdirmə işlərini başa çatdırıb.
FinFly ASCO-ya istinadən xəbər verir ki, işlərə ASCO-nun "Mühəndis Balarza Məmmədov" torpaqqazan gəmisi, "Bakinskaya-3" və "Bakinskaya-5" torpaqdaşıyan gəmiləri, həmçinin "Abşeronskaya-5" yedək gəmisi cəlb olunub.
Layihə çərçivəsində 80 000 kvadratmetrlik sahədə 1 metr dərinliyə qədər qazma işləri aparılıb, ümumilikdə 79 000 kubmetr süxur çıxarılıb və dəniz dibində 9 metrə qədər dərinlik əldə olunub.
Təxminən üç ay davam edən layihə nəticəsində ərazidə gəmi hərəkəti üçün əlverişli hidrotexniki şərait formalaşıb. Bu isə gələcəkdə iriölçülü gəmilərin körpülərə təhlükəsiz və maneəsiz şəkildə yanalmasına şərait yaradacaq.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
