05 May, 2025 16:48
2025-ci ilin yanvar-aprel aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 27 milyard 125,237 milyon manat təşkil edib.
FinFly BFB-yə istinadən xəbər verir ki, bu, ötən lin eyni dövrünə nisbətən 2,4 dəfə çoxdur.
Məlumata görə, son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,2 dəfə artaraq 9 694 olub.
BFB-nin dövriyyəsinin 83,8 faizi və yaxud 22 milyard 728,231 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 3 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 16,5 faiz artaraq 3 milyard 272,348 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 68,1 faiz artaraq 1 milyard 124,657 milyon manat olub.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
