"Azər-Türk Bank" ASC 2025-ci ili 10,131 milyon manat xalis mənfəətlə başa vurub.
FinFly Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 52,5 faiz və yaxud təxminən 2 dəfə azdır.
Ötən il "Azər-Türk Bank"ın gəlirləri 165,089 milyon manat (əvvəlki ilə nisbətən 12,7 faiz çox), xərcləri 143,184 milyon manat (25,2 faiz çox), xüsusi ehtiyatlara ayırmaları 8,285 milyon manat (65,1 faiz çox), mənfəət vergisi ödəmələri isə 3,49 milyon manat (39,8 faiz az) təşkil edib.
Bu il yanvarın 1-nə "Azər-Türk Bank"ın aktivləri 2 milyard 188,501 milyon manat olub ki, bu da illik müqayisədə 5 faiz çoxdur. Bunun 767,925 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,6 faiz kiçilib.
Hesabat dövründə "Azər-Türk Bank"ın öhdəlikləri 4,7 faiz artaraq 2 milyard 71,053 milyon manata, o cümlədən depozit portfeli 6,5 faiz artaraq 1 milyard 554,18 milyon manata, balans kapitalı isə 10 faiz artaraq 117,448 milyon manata, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 100,5 milyon manata çatıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
