Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
"Azər-Türk Bank"a yeni sədr təyin edilib - FinFly

"Azər-Türk Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə Bankın İdarə Heyətinin (İH) üzvü Günel Nəbiyeva sədr təyin edilib.

FinFly Banka istinadən xəbər verir ki, Nəbiyeva 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2008-ci ildə isə magistr pilləsində bitirib.

O, bank sektorunda 15 ildən artıq təcrübəyə malikdir, 2006-cı ildən "Unibank" ASC-də, ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasında müxtəlif rəhbər vəzifələr tutub, 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqində (AİH) Baş hüquq inzibatçısı və digər rəhbər vəzifələrdə çalışıb, 2022-2025-ci illərdə "Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində yer alıb, 2025-ci ilin dekabr ayından İH-nin üzvü seçilib.

Nəbiyeva AİH-dəki fəaliyyəti dövründə ölkə Prezidentinin müvafiq sərəncamları ilə "Bakı Metropoliteni" QSC-nin və "BakuBus" MMC-nin Müşahidə Şuralarının üzvü təyin edilib.

"Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,08 %-i "Zıraat Bank İnternational"a, 6,55 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.