Sabahdan Azərbaycan Mərkəzi Bankı (AMB) "AniPay" mobil tətbiqinin və anipay.az internet səhifəsinin fəaliyyətini dayandıracaq.
FinFly AMB-yə istinadən xəbər verir ki, bu qərar rəqəmsal ödənişlər bazarında rəqabət mühitinin genişləndirilməsi və ödəniş xidmətlərinin inkişafının təşviq edilməsi məqsədilə qəbul edilib.
Qeyd olunan tarixdən etibarən analoji xidməti maliyyə sektoru iştirakçılarının davam etdirməsi nəzərdə tutulur. "AniPay" funksiyaları artıq mobil bank tətbiqlərində mövcuddur.
"AniPay" tətbiqinin və internet səhifəsinin fəaliyyətinin dayandırılması ölkədə maliyyə sektoru iştirakçıları üçün yeni imkanlar yaradacaq, rəqabət, və innovativ həllərin inkişafını daha da sürətləndirəcək.
Bu qərar AMB-nin ödəniş xidmətlərinin təşviqinə yönəlmiş inkişaf strategiyasının bir hissəsidir. Bu addım banklar və digər ödəniş xidmətləri təchizatçıları üçün bazarda daha fəal iştirak üçün şərait yaradacaq.
AMB bundan sonra da rəqəmsal ödəniş ekosistemində sağlam rəqabətin, innovativ həllərin və dayanıqlı inkişafın təmin olunmasını diqqətdə saxlayacaq.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
