Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Активы банковского сектора Азербайджана выросли - FinFly

2025-ci il noyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 56 milyard 341,9 milyon manat təşkil edib.

FinFly Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 13,4 faiz çoxdur.

Bankların aktivlərinin 27 milyard 652,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 8,4 faiz böyüyüb, kreditlərin aktivlərdəki payı isə 51,3 faizdən 49,1 faizə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 13,7 faiz artaraq 49 milyard 182 milyon manata, o cümlədən depozit portfeli 4,9 faiz artaraq 36 milyard 62,9 milyon manata çatıb. Bunun 15 milyard 549 milyon manatı fiziki, 20 milyard 513,9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 11,3 faiz, şirkətlərin banklardakı vəsaitləri isə 0,5 faiz artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 89,6 dəfə azalaraq 0,5 milyon manat olub.

Sektorun balans kapitalı isə 11,1 faiz artaraq 7 milyard 159,9 milyon manat təşkil edib.