İran XİN ABŞ prezidenti Donald Trampın İslam Respublikasına aviazərbələr endirilməsi ilə bağlı bəyanatlarını BMT Nizamnaməsinin pozulması kimi qiymətləndirib.
FinFly-ın məlumatına görə, müvafiq bəyanatla İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bağeyi çıxış edib.
"Dövlət başçısının açıq şəkildə "bombardman"la hədələməsi beynəlxalq sülh və təhlükəsizliyin mahiyyətinə şokedici təhqirdir. Bu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozur və MAQATE-nin təminatlarını sarsıdır", – deyə o, “X” sosial şəbəkəsində yazıb.
Bağeyinin sözlərinə görə, zorakılıq yenə də zorakılıq doğurur və "ABŞ öz yolunu seçə bilər, lakin bunun nəticələri ilə barışmaq məcburiyyətində qalacaq".
Xatırladaq ki, bundan əvvəl Ağ Ev rəhbəri bəyan etmişdi ki, İran ya iki ay ərzində nüvə silahı ilə bağlı razılaşma əldə edəcək, ya da ABŞ-ın bombardmanlarına məruz qalacaq.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
