
Fintech Farm Hindistanda da neobank istifadəyə verdi.
FinFly-ın məlumatına görə, Fintech Farm Hindistanda növbəti neobank layihəsini — Roarbank brendi altında həyata keçirdi.
Hindistana qədər Fintech Farm müxtəlif ölkələrdə neobank həllini uğurla təqdim edib: Vyetnamda Joint Stock Bank (OCB) ilə tərəfdaşlıqda Liobank-ı istifadəyə verid, Azərbaycanda Unibank ilə birgə - Leobank, Qırğızıstanda isə Doscredobank ilə əməkdaşlıqda Simbank istifadəyə verilib.
Hindistan bazarına çıxış Unity Small Finance Bank ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və Roarbank neobankı istifadəyə veriləcəyi gözlənilir. Məlumata görə, Hindistanda aparılan qapalı beta-test mərhələsində bir neçə gün ərzində 100 minə yaxın istifadəçi cəlb olunub.
Gözlənilir ki, yaxın zamanlarda Hindistanın milyardlıq əhalisinin əhəmiyyətli hissəsi Roarbank istifadəçiləri sırasına qoşulacaq.
Son xəbərlər
-
06 May, 2025
Fintech Farm запустил необанк в Индии...
-
06 May, 2025
AİB Türkiyəyə regional üzv statusu verdi...
-
06 May, 2025
Putinlə Netanyahu arasında telefon danışığı olub...
-
06 May, 2025
Almaniyada yeni kansler seçilib...
-
06 May, 2025
Sabah hava 28 dərəcə isti olacaq...