
Qırğızıstanda Makmal-Karakol dəmir yolunun tikintisini planlaşdırırlar.
FinFly xəbər verir ki, layihəyə təxminən 3 milyard dollar investisiya cəlb olunacaq.
Prezident yanında Milli İnvestisiya Agentliyi, "Qırğızıstan Temir Jolu" milli şirkəti və All American Rail Group Global Infrastructure Partner LLC konsorsiumu "Trans-Avrasiya Marşrutu” dövlət-özəl tərəfdaşlığı haqqında saziş imzalayıb.
Milli İnvestisiya Agentliyinin direktoru Talantbek İmanov qeyd edib ki, bu, Qırğızıstanın dəmir yolu sektorunda ilk dövlət-özəl tərəfdaşlıq layihəsidir.
"Ümumi sərmayə təxminən 3 milyard dollardır ki, bu da təkcə iş yerlərinin yaradılmasına deyil, həm də uzunmüddətli perspektivdə ölkəyə iqtisadi səmərə verən nəqliyyat şəbəkəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verəcək", - İmanov bildirib.