11 Mar, 2025 09:22
Uçuşların təhlükəsizliyini təmin etmək üçün Moskvanın Vnukovo və Şeremetyevo hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
FinFly xəbər verir ki, bu barədə Rosaviatsia məlumat yayıb.
"Moskvanın Vnukovo hava limanı da təyyarələrin gəliş və gedişi üçün müvəqqəti bağlanıb", - məlumatda deyilir.
Rosaviatsia həmçinin Domodedovo hava limanında mülki təyyarələrin gəliş-gedişinə məhdudiyyətlərin tətbiqi barədə məlumat yayıb.
Qeyd edək ki, PUA-ların hücumu nəticəsində Domodedovo rayonunda yerləşən "Miratorq" dayanacağında mühafizəçinin həlak olduğu bildirilir. Dayanacaqda avtomobillər də yanıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
